SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Kubokunun 3-cü turunda maraqlı hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, C qrupunda yer alan Uruqvayla Çili komandalarının matçı 0-0 davam edərkən Uruqvayın hücumçusu Luis Suarezin reaksiyası azarkeşləri güldürüb.

Belə ki, qapıçı ilə qarşı-qarşıya qalan Surez topu qapıya göndərməyə cəhd edib. Lakin, Çilinin qapıçısı Arias topu əli ilə meydandan çıxarıb. Suarez ani reaksiya ilə əlini havaya qaldırıb və rəqibinin əllə oynadığını göstərərək hakimdə penalti istəyib. Topa müdaxilə edənin qapıçı olduğunu anlayaraq tez qərarını dəyişib və əlləri ilə başını sıxıb.

Bu görüntü sosial şəbəkələrdə və saytlarda günün ən çox müzakirə edilən mövzularından birinə çevrilib.

Qeyd edək ki, oyunda Uruqvay Kavaninin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO

QALEREYA