SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.

Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.


Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.
BAKU.WS