Amerika Kubokunda 2-ci turun oyunları davam edir.

BAKU.WS xəbər verir ki, turnirə məğlubiyyətlə başlayan Argentina millisi 2-ci oyunda da qələbə qazana bilməyib.

Paraqvayla qarşılaşan Argentina matçdan 1:1 hesablı bərabərliklə ayrılıb. Argentinanı məğlubiyyətdən xilas edən qolu Lionel Messi vurub.

B qrupunun digər matçında Kolumbiya yığması Qətəri 1:0 hesabı ilə məğlub edib.

Hazırda qrupa 6 xalla Kolumbiya başçılıq edir. Paraqvay 2 xalla ikincidir. Argentina və Qətərin 1 xalı var.

Kolumbiya - Qətər - 1:0
Qol: 86 – Duvan Zapata



Argentina - Paraqvay - 1:1
Qollar: 37 - Riçard Sançes (0:1), 57 - Messi (1:1, pen)


BAKU.WS