SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Kubokunda ikinci tura start verilib.

BAKU.WS xəbər verir ki, A qrupunda yer alan Braziliya ikinci matçında Venesuela millisi ilə qarşılaşıb.

Tərəflərin cəhdlərinə baxmayaraq matçda hesab açılmayıb.

Qrupun digər matçında Peru Boliviya yığmasını 3:1 hesabı ilə məğlub edib.

Hazırda 4 xala malik olan Braziliya və Peru 1-2-ci yerləri bölüşdürür. 2 xalı olan Venesuela 3-cü pillədədir. Boliviya isə xal qazana bilməyib.

Boliviya - Peru - 1:3
Qollar: Martins, 28 (pen.) - Gerrero, 45; Farfan, 55; Flores, 90+5

Braziliya - Venesuela - 0:0
BAKU.WS
VİDEO

VİDEO