SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda yeni ictimai birlik yaradılıb.

BAKU.WS xəbər verir ki, İdmançılar İctimai Birliyinin rəhbəri məşhur karateçimiz, dünya və Avropa çempionumuz Rafael Ağayevdir.

Bu qurumun vitse-prezidenti də məşhur simadır. Belə ki, sərbəst güləş üzrə dünya və Avropa çempionumuz Hacı Əliyev R.Ağayevin müavini olacaq. Bu qurumun baş katibi isə Rövşən Acalovdur.

Qeyd edək ki, sabah Milli Olimpiya Komitəsində bu birliyin təqdimatı keçiriləcək.
BAKU.WS