SİZİN REKLAM BURADA!
055 213 76 73


Lixtenşteynə biabırçı şəkildə məğlub olan U-21 millimizi tənqid etdiyi üçün işdən çıxarılması üçün təzyiq edilən ATV-nin idman müxbiri İlkin Xəlilov ona dəstək olanlara təşəkkür edib.

BAKU.WS xəbər verir ki, o, işdə qaldığı üçün bütün suallara tam aydınlıq gəldiyini bildirib və son nöqtəni qoyub:

“ATV-də işimə davam edirəm!!! Bu, 3 ay çəkəcək, 6 ay olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!”.

Qeyd edək ki, İlkin Xəlilov gənclərdən ibarət millimizin Lixtenşteynə məğlub olaraq rəqibinin tarixində ilk xalını qazanmasına görə tənqidi süjet hazırlamışdı.

Fərid ƏDALƏT
BAKU.WS