VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmişə olduğu kimi, Azərbaycan milli komandası yenə uduzdu. Həm də öz meydanında. AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə məğlub oldu.

Əslində, heç kəs Azərbaycanın qalib gələcəyini gözləmirdi, hamı uduzacağını bilirdi, amma heç kim belə biabırçı məğlubiyyəti gözləmirdi. 

Bəs kim günhakardır, ümidlər daha çox kimə idi? Əlbəttə, əsas 3 futbolçuya - Qara Qarayev, Rahil Məmmədov və Bədəvi Hüseynova.

Amma bu futbolçuların heç birini meydanda görmədik. Doğrudur, Rahil Məmmədovu məşqçimiz meydana buraxmamışdı. Buraxsaydı guya nə dəyişəcəkdi ki!? Digər iki futbolçumuz isə meydanda olsalar da, yox kimi idilər. Sanki bir ruh idilər. Bəlkə də ona görə, rəqibimizin əksər hücumları qolla nəticələndi. Elə vur-tut 5-6 hücum oldu, onların da əksəriyyəti qapımızda... 

Hər oyundan sonra məçimiz deyir ki, futbolçular meydanda mübarizə apardılar. Hər dəfə bu açılamadan sonra məni fikir götürür: görəsən, nəyin mübarizəsini aparırlar bizim futbolçularımız!? 

Bir də, nə sirrdirsə bizim qapılar topu maqnit dəmiri özünə çəkən kimi çəkir. Top hansı istiqamətə vurulsa da, gəlib bizimkilərin qapısını tapır.

Allah qapınızı bağlasın!
BAKU.WS