Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İslandiyaya qarşılaşacaq Türkiyə milli komandası dünən bu ölkəyə gedib.

BAKU.WS xəbər verir ki, 6 saat yarım yolçuluqdan sonra Keflavik hava limanına çatan futbolçular və komanda rəsmiləri burada gözləmədikləri halla qarşılaşıblar.

İslandiya gömrük işçiləri onları 3 saat ərzində limanda saxlayıblar və ölkəyə girişlərinə icazə verməyiblər.

Gömrük işçiləri futbolçuların çantalarını dəfələrlə yoxlayıblar. Lakin, onları gözlətmələrinin dəqiq səbəbini izah etməyiblər.

Gərginlik və əsəb keçirən futbolçuları 3 saatdan sonra buraxıblar. Jurnalistlər futbolçulara yaxınlaşaraq açıqlama aldıqları zaman isə daha bir xoşagəlməz hadisə baş verib. Bir nəfər əlində tualet fırçasını arxadan Əmrə Bəlöoğluna uzadıb və Əmrənin açıqlamalarını da telefonla çəkib. Bu, həmin an hiss edilməsə də, görüntülər mediada yayıldıqdan sonra sərt şəkildə qınanılıb. Bu hərəkəti edən şəxsin hələlik kimliyi və peşəsi bilinmir.
Qeyd edək ki, İslandiya - Türkiyə oyunu 11 iyun saat 22:45-də başlayacaq.

Fərid ƏDALƏT
BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ