VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nın seçmə mərhələsi çərçivəsində milli komandamız “Bakcell Arena”da Macarıstan kollektivini qəbul edib.

BAKU.WS-in məlumatına görə, qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edib.

Oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.

Qarşılaşma futbolçularımızın 1:3 hesablı məğlubiyyətilə başa çatıb. Komandamızın heyətində yeganə qolu oyunun 69-cu dəqiqəsində Mahir Mədətov vurub.

Qrupumuzdakı digər oyunda Xorvatiya kollektivi Uelsi 2:1 hesabı ilə məğlub edib.
BAKU.WS