VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail" komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb. 

BAKU.WS
report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 

38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib. 

Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail"lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik". 

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin iyul ayında "Səbail"ə transfer olunub. Paytaxt klubu Premyer Liqada 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.
BAKU.WS