SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi keçirilib.

Açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu UEFA Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxıb.

Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılanıb.

Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa edib və tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi olub.

Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi olub.

Sonra kubok arenaya gətirilib və futbolçular meydana çıxıblar.

Qeyd edək ki, açılış mərasiminin prodüseri Polşanın “Platige Image” şirkətidir. Bu şirkət indiyədək yeddi UEFA mərasiminin hazırlanmasında iştirak edib. UEFA Avropa Liqasının Bakıdakı final matçının açılış mərasimi dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şoularının rejissoru və səhnə rejissoru Valdek Şimkoviakdır.
BAKU.WS
QALEREYA