SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin “The Sun” nəşri bu gün Bakıda “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq Avropa Liqası finalından öncə ingilis azarkeşlərə məsləhət verib.

BAKU.WS
The Sun”a istinadən xəbər verir ki, qəzet azarkeşlərə Bakı turuna çıxmağı tövsiyyə edib.

“The Sun” yazıb ki, “əgər onlar bunu etsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarından da çıxa bilərlər”.

Məqalədə azarkeşlərə xatırladılıb ki, şəhərdə 1966-cı ildə İngiltərənin Almaniya üzərində 4:2 qələbə qazandığı matça damğa vuran mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun heykəli də var.


Qeyd edək ki, 1966-cı ildəki final matçında Bəhramov yan xətt hakimi olub. Hesab 2:2 olarkən Bəhramovun qətiyyətli qərarı ilə İngiltərənin vurduğu qolu baş hakim Qottfrid Dinst qeydə alıb. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub. Bu matç sayəsində Bəhramov bütün dünyada məşhurlaşıb.

Fərid Ədalət
BAKU.WS
VİDEO

QALEREYA