VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 28-də Bakı Olimpiya Stadionunda “Çelsi” futbol klubunun final matçından əvvəl sonuncu açıq məşqi keçirilib.

Açıq məşqdə futbolçular baş məşqçi Maurissio Sarrinin bir sıra hərəkətlər üzrə tapşırıqlarını yerinə yetiriblər.

Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında “Çelsi” klubu “Arsenal” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. “Arsenal” qalib gələcəyi təqdirdə UEFA Avropa Liqasının kubokuna ilk dəfə sahib olacaq. “Çelsi” isə 2013-2014-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.
BAKU.WS
QALEREYA