VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Minsk 2019” Avropa Oyunlarında Azərbaycan komandası 170 nəfərlə təmsil olunacaq.

BAKU.WS-in məlumatına görə, bunlardan 80-i atlet, 32-si məşqçi, 15-i inzibati şəxs, beşi tibb işçisidir.

Atletlərin idman növləri üzrə say bölgüsü aşağıdakı kimidir:

- Güləş 16 idmançı - sərbəst güləş altı idmançı, yunan-roma güləşi beş idmançı, qadın güləşi beş idmançı;

- Gimnastika 13 idmançı - bədii gimnastika yeddi idmançı, batut və tamblinq gimnastikası iki idmançı, aerobika gimnastikası iki idmançı, idman gimnastikası iki idmançı;

- Cüdo 13 idmançı (doqquz kişi, dörd qadın);

- Boks 11 idmançı (10 kişi, bir qadın);

- Karate 7 idmançı (beş kişi, iki qadın);

- Sambo yeddi idmançı (altı kişi, bir qadın);

- Atıcılıq altı idmançı;

- Velosiped idmanı beş idmançı – trek yarışları bir idmançı, şosse yarışları dörd idmançı;

- Oxatma bir idmançı;

- Kanoe idman növü bir idmançı.

II Avropa Oyunları 15 idman növü üzrə 23 yarışa (discipline) ev sahibliyi edəcək. Azərbaycan bu yarışlarda 10 idman növündə təmsil olunacaq.

Açılış mərasimi 21 iyunda, bağlanış mərasimi 30 iyunda “Dinamo” stadionunda baş tutacaq.

Azərbaycan nümayəndə heyətinin rəhbəri (chief de mission) Anar Bağırov olacaq.
BAKU.WS