Futbol üzrə milli komandamızın və "Qarabağ"ın futbolçusu Mahir Mədətovun ardınca bacısı Ayişə Mədətova da soyadını dəyişib.

BAKU.WS ölkə.az-a istinadən bildirir ki, atası Anar Mədətovun anası Elnurə Mədətovadan boşanmasına etiraz edən övladların hər ikisi Əmrəli soyadına keçiblər.

Məlumat üçün qeyd edək ki, Ayişə hazırda İtaliyanın Milan şəhərində təhsil alır, Mahir isə Azərbaycan milli ordusunun əsgəridir.

Bəs məsələnin hüquqi tərəfi nədən ibarətdir? Qısa müddət ərzində soyadı dəyişmək mümkündürmü? Hərbi xidmətdə olan şəxs bir ay ərzində soyadını dəyişə bilərmi?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüqar Səfərli bildirib ki, Mahir Mədətovun soyadını dəyişməsi qanunvericiliyin tələblərinə ziddir:

"Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 18-ci maddəsinə müvafiq olaraq, həqiqi hırbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara şəxsiyyət vəsiqələrinin alınması barədə qəbz, hərbi komissarlığın müvafiq sərəncamını verir. Bundan başqa adın ata adının soyadının dəyişdirilməsinin qeydə alınması zamanı zəruri olan sənəd siyahısına ilkin hərbi qeydiyyata alınmaq haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq olunmuş surəti tələb edilir.

Yəni qanunun normalarından göründüyü kimi həqiqi hərbi xidmətdə olan şəxs hərbi əsasnamələrə zidd olaraq soysaı və ata adını dəyişdirə bilməz. Bu, qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda ezamiyyətə getdikdə xüsusi razılıq və müvafiq icra hakimiyyəti orqanının qərarı olmalıdır".

Qeyd edək ki, Mahir Mədətov report-a açıqlamasında "Bəli. Babamın adı Emrelini özümə soyad götürmüşəm" deyərək, şəxsiyyət vəsiqəsini dəyişdiyini təsdiqləmişdi.
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ