VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kikboks üzrə seçmə komandamız VAKO versiyasında dünya kuboku turnirində uğurla çıxış edib. İdmançılarımız Macarıstan paytaxtında keçirilən mötəbər yarışdan 4 qızıl, 4 gümüş, 3 bürünc medalla qayıdıblar.

BAKU.WS xəbər verir ki, seçmə komandamız 39 ölkədən 3040 idmançının qatıldığı dünya kuboku yarışında etimadı layiqincə doğruldub. Qazanılan 11 medal belə deməyə əsas verir. Gənclər, yeniyetmələr və kadetlərin yarışında Vüsal Kazımov, Amin Quliyev və Nicat Ələkbərli qızıl, Elşad Şahbazov, Elcan Alıkişiyev, Qəşəm Məmmədov gümüş medala layiq görülüb. Renat Qiyaslı, Elvin Məmmədov və Nihat Kərimov bürünc medala sahib çıxıb.

Fəxri kürsüdə yer alan idmançılardan 4-ü “Sərhədçi” kikboks klubunun yetirməsidir. Əməkdar məşqçi, Sərhəd Qoşunlarının zabiti Fuad Zeynalov komandamızın çıxışını belə qiymətləndirir:

Usta idmançılarımız da bu yarışda qüvvələrini sınayıblar. Musa Abdullayev fəxri kürsünün ikinci, Azərbaycanın ən titullu kikboksçusu Eduard Məmmədov isə, ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, seçmə komandamız dünya kuboku yarışndan 4 qızıl, 4 gümüş və 3 bürünc medalla qayıdıb.

Lalə Niftəliyeva
BAKU.WS
VİDEO

QALEREYA