VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 mayda Bakıda Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq “Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryanla bağlı yekun qərarını açıqlayıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Mxitaryanı Bakıya gətirməyəcəyini elan edib:

Açıqlama qeyd olunub ki, klub Mxitaryanın heyətdə olması ilə bağlı bütün variantları analiz edib, özü və ailəsi ilə müzakirələrdən sonra Bakıya aparılmaması barədə qərar qəbul olunub.

Qərarın hansı səbəbə görə alındığı isə açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti Mxitaryanın təhlükəsizliyi ilə bağlı bütün təminatı versə də, “Arsenal” tərəfi futbolçunu Bakıya gətirməməkdə israr edib.

BAKU.WS