VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqası turnirinin final oyununa marağın çox olması nəzərə alınaraq bakı olimpiya stadionunda əlavə biletlər satışa çıxarılacaq.Oyuna azarkeş marağının çox olması səbəbindən aviaresyslərin sayı artırılıb. Final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğu nəzərə alınaraq Tiblisi-Bakı marşrutu üzrə işləyən avtobusların sayı artılırıb.

BAKU.WS-in məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Xəzər TV-yə müsahibəsində deyib ki, azarkeşlərin şəhərdə daha çox olduğu yerlərdə xidmətin əməkdaşları bukletlər paylayacaq. Turistlər bu bukletlrdəki məlumatların köməyi ilə gəzməli yerlər və ora necə getmək haqqında ətraflı məlumat əldə edəcəklər. Azarkeşlərin bölgələrə üz tutması da nəzərə alınaraq rayonlara işləyən avtobusların da sayı artırılacaq.

Qeyd edək ki,avroliqanın final oyunu may ayının 29 da saat 23.00 da baş tutacaq.Final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.
BAKU.WS
VİDEO