SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda səfərdə olan futbol üzrə dünya və Avropa çempionu, fransız Rober Pires Instagram hesabında maraqlı video paylaşıb.

BAKU.WS xəbər verir ki, məşhur futbolçu "Arsenal" azarkeşlərinə müraciət edib və onları Bakıdakı final oyununa dəvət edib.

İngilis klubunun tarixinə iz salmış fransız futbolçu doğma klubunun fanatlarından "Çelsi" ilə oyunda dəstək istəyib. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.
BAKU.WS
VİDEO