Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirində maraqlı hadisə baş verib. 

BAKU.WS xəbər verir ki, turnirdə Portuqaliyanı təmsil edən cüdoçu Anri Equtidze mobil telefona görə diskvalifikasiya edilib.

Döyüş zamanı idmançının kimonosundan telefon düşüb. Bunu görən hakim görüşü yarımçıq dayandırıb. Anri Equtidze qaydaları pozduğu üçün turnirdən kənarlaşdırılıb. 

Qeyd edək ki, 3 gün davam edəcək nüfuzlu yarışda dünyanın 57 ölkəsindən 449 cüdoçu mübarizə aparır. "Böyük Dəbilqə" turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.
BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ