"Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubu ilə müqaviləni yeniləmək qərarı verib.

BAKU.WS qol.az-a istinadən xəbər verir ki, ötən gün klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və Rəşad Sadıqovun görüşü olub. Görüşdə növbəti dəfə təcrübəli müdafiəçiyə karyerasını davam etdirməsi təklif olunub. Sadıqov bu təkliflə razılaşıb. Yaxın günlərdə onunla 1 illik müqavilə imzalanacaq.

Rəşad Sadıqov qol.az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2011-ci ildən indiyədək Ağdam klubunda çıxış edir. Buna qədər isə o, 2009-10 mövsümündə də "Qarabağ"da oynayıb.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ