Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.

52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. O, rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M. Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək.

Onun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmanın liderlərindən olan boksçu erməni Qurgen Hovannisyana gücünü göstərib. M. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək.

Onlardan fərqli, R. Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. O, braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib.
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ