SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək. 

BAKU.WS İngiltərənin "Liverpul" futbol komandasının baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda keçirilməsinə öz etirazını bildirib.

Alman mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi qərarı qəribədir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər? Bakı? Ora necə getmək barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. Qərar daha məqbul olmalıdır. Azarkeşlər üçün çox təəssüflənirəm".

Qeyd edək ki, "Liverpul" - "Tottenhem" finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.
BAKU.WS