VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov "Səbail"dən ayrılıb.  

Bu barədə 28 yaşlı hücumçu şəxsi "Facebook" hesabı vasitəsi ilə açıqlama verib. 

Forvard bildirib ki, bu qərarı qəbul etmək çətin olub. O, özü üçün ən əsas şeyin futbol oynamaq olduğunu vurğulayıb: "Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Kluba isə bizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Ruslan Qurbanov 2018-ci ilin yayından "Səbail"də çıxış edir. 
BAKU.WS