UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

BAKU.WS xəbər verir ki, İngiltərənin “Liverpul” klubu səfərdə İspaniyanın “Barselona” komandasına 3:0 hesabı ilə məğlub olmasına baxmayaraq cavab görüşündə istədiyi nəticəni əldə edib.

Ev sahibi matçın 7-ci dəqiqəsində Divok Oriqi ilə hesabı açıb. Növbəti qol qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsinə təsadüf edib. “Liverpul”un futbolçusu Corginio Vijnaldum hesabı 2:0 çatdırıb. Qoldan 2 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Bu dəfə də Corginio Vijnaldum qapıya yol tapa bilib.

Ev sahibi oyunun 79-cu dəqiqəsində katalonyalıların qapısından 4-cü topu keçirərək sessasiyaya imza atıb. Divok Oriqi hesabı 4:0 çatdıran qolu vurub. Bu nəticə ilə “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün finalına vəsiqə qazanıb.

Mərhələnin ikinci yarımfinalı Hollandiyada təşkil olunacaq. “Ayaks” İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək.

BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ