Qızlar arasında keçirilən bədii gimnastika yarışları oğlanlar arasında da keçirilə bilər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) bunu hələ təsdiqləməyib.

Amma FIG-in sabiq vitse-prezidenti, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya milli komandasının baş məşqçisi özbəkistanlı İrina Viner-Usmanova oğlanların da qızlara məxsus bu yarışda iştirak etməsinin tərəfdarıdır.

Təqdim etdiyimiz video isə İspaniyada qeydə alınıb. Kristofer Benites İspaniyada keçirilən Reyna Kubokunda lentlə hərəkətlərdə çıxış edib.

Qeyd edək ki, ötən ilin sonlarında sinxron üzgüçülükdə kişilərin yarışına icazə verilib.

Beynəlxalq Üzgüçülük Federasiyası qarışıq cütlərin çıxış edə biləcəyini təsdiqləyib. Avqustda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək dünya çempionatında məhz kişilər sinxron üzgüçülükdə çıxış edə biləcək.

BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ