İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.

BAKU.WS xəbər verir ki, idmançımız Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

Bununla da 50 ölkədən 4 mindən artıq idmançının mübarizə aparacağı ikinci Avropa Oyunlarında idmançılarımızın sayı 7-yə çatıb. Belə ki, ölkəmizi bu yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.

Qeyd edək ki, ikinci Avropa Oyunlarının karate yarışları iyunun 29-30-da Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

BAKU.WS