SİZİN REKLAM BURADA!
055 213 76 73



AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

BAKU.WS AFFA-a istinadla xəbər verir ki, Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” – “Qəbələ” matçının gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub.

Məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.

Xatırladaq ki, “Keşlə” – “Qəbələ” matçında “Qəbələ” klubunun üzvü Stiven Jozef Monroz şortunu düzəldərkən cinsiyyət orqanı görünüb. Sözügedən hadisə canlı yayım zamanı kadrlara tuş gəlib. 

Südabə
BAKU.WS