SİZİN REKLAM BURADA!
055 213 76 73



İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

İlk gündə milli komandamız aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb.

Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub.

604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.

BAKU.WS