"Səbail" klubu ikinci ulduz futbolçusunu transfer etməyə hazırlaşır.

BAKU.WS azerifootball.com-a istinadla xəbər verir ki, Maykl Esyendən sonra paytaxt klubu Nigeriyanın hücumçu Emmanuel Emenikeni heyətinə qatmağa çalışır.

Nigeriya milli komandasında, "Spartak"da və "Fənərbağça" klublarında çıxış etmiş 31 yaşlı Emenike ilə Azərbaycan klubu arasında razılıq əldə olunub. Emenikenin "Səbail"ə keçidində Esyenin təsiri böyük olub.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ