SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib.

ONA-nın məlumatına görə, məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” “Sumqayıt”la görüşüb. Paytaxtda baş tutan qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşıb.

Qarşılıqlı hücumlarla başlayan görüşdə erkən qol qeydə alınıb. 12-ci dəqiqədə Elvin Məmmədov hesabı açıb. Buraxılan qoldan sonra fəallığı artıran "qırmızı-qaralar" fasiləyə qədər hesabda tarazlıq yaradıb. Asif Məmmədov bərabərlik qolunun müəllifi olub. İkinci hissədə meydana daxil olan Rauf Əliyev cəmi 5 dəqiqə sonra qələbə qoluna imza atıb.

Beləliklə, "Qəbələ" yoxlama oyununda 2:1 hesablı qələbə qazanıb.

25 mart
Yoxlama oyunu


“Qəbələ” – “Sumqayıt” - 2:1
Asif Məmmədov, 35, Rauf Əliyev, 50 - Elvin Məmmədov, 12

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasındakı növbəti oyununu aprelin 1-də “Sabah”a qarşı keçirəcək.

BAKU.WS