SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan milli komandasının məşqçilər korpusunda dəyişiklik olub. ONA-nın məlumatına görə, baş məşqçi Nikola Yurçeviç daha iki köməkçisi müəyyənləşib.


Bunlar xorvatiyalı mütəxəssisin həmyerliləri Frano Leko və Armin Alibekoviçdir. Sonuncu yığmamızda köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. F.Lano isə fitnes məşqçisi kimi çalışacaq.

Qeyd edək ki, bununla N.Yurçeviçin rəhbərlik etdiyi məşqçilər korpusundakı köməkçilərin sayı 5-ə çatıb. Bunadək xorvatiyalı daha bir həmyerlisi Mario Tokiç, həmçinin Arif Əsədovla qapşçılarla işləyən Dmitri Kramarenkonu öz komandasına cəlb etmişdi.

BAKU.WS