“Baku Fight Lab” klubunun yetirməsi Məhəmməd Abdullayev Avropa Boks Çempionatında bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Ağır çəki dərəcəsində (+91 kq) çıxış edən 19 yaşlı boksçumuzun finalda rəqibi Almaniya təmsilçisi Viktor Yurk olub. Bu qələbə ilə M.Abdullayev, Azərbaycan yığmasına Rusiyanın Vladikavkaz şəhərində 19-22 yaşlılar arasında keçirilən Avropa Boks Çempionatında yeganə qızıl medalı qazandırıb.

M.Abdullayev daha öncə də “Baku Fight Lab” boks klubunun tərkibində yeniyetmələr arasında keçirilən boks üzrə Dünya və Avropa çempionatlarında qızıl medallara sahib olaraq Azərbaycanı ən yüksək səviyyədə təmsil edib.

“Baku Fight Lab” (keçmiş Rabitə İdman Klubu) Azərbaycan yığmasına bir çox Dünya və Avropa çempionları qazandırmış boks klubudur. Klub 2018-ci ildən yeni adla təmsil olunur və artıq bu ad altında beynəlxalq səviyyədə uğurlara imza atır. Qeyd edək ki, “Baku Fight Lab” boks klubunun əsas tərəfdaşı ölkənin ən gənc mobil operatoru “Nar”-dır.


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ