SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Peşəkar Futbol Liqasından BAKU.WS-ə verilən məlumata görə, “InStat”ın təhlilinə əsasən, “Neftçi”nin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov turun ən yaxşı futbolçusu seçilib.

“Sabah” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudur.

BAKU.WS