SİZİN REKLAM BURADA!
055 213 76 73



İspaniyanın "Barselona" klubunun ev oyunları keçirdiyi "Nou Kamp" stadionu ən çox gəlir gətirən stadiondur.

BAKU.WS bildirir ki, Kataloniya təmsilçisinin stadionu 2017-2018-ci il mövsümündə bilet satışından 144,8 milyon avro qazanc əldə edib. İspaniyanın digər klubu "Real Madrid"in stadionu "Santyaqo Bernabeu" 143,4 milyon avro ilə ikinci, "Mançester Yunayted"in stadionu "Old Trafdford" isə 119,5 milyon avro qazanaraq üçüncü yerdə qərarlaşıb.

İlk onluqda sonrakı yerləri müvafiq olaraq "Emireyts" ("Arsenal" - 111,6), "Alianz Arena" ("Bavariya" - 103,8), "Park de Prenc" ("Paris Sen-Jermen" - 100,6), "Enfild" ("Liverpul" - 91), "Uembli" ("Tottenhem" - 85,2), "Stenford Bric" ("Çelsi" - 83,4) və "Etihad" ("Mançester Siti" - 69,9) stadionları tutublar.

BAKU.WS