SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Boks Federasiyası və Taekvando Federasiyası işçilərinin əmək haqqları gecikdirilir.


Bu barədə Federasiyanın idmançıları BAKU.WS-ə məlumat veriblər.

Bildirilir ki, idmançılar artıq 8 aydır maaş ala bilmirlər. Artıq legionerlərin də öz ölkələrinə geri qayıtmaq fikrində olduqları bildirilir. 

Əmək haqqılarının nə səbəbdən gecikdirilməsini öyrənmək üçün Boks Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov BAKU.WS-ə bildirdi ki, qurumda əmək haqqıların verilməməsilə bağlı şikayətin heç bir əsası yoxdur.

“Bizim boksçular hazırda təlim-məşq toplaşındadırlar. Bu bir daha onu sübut edir ki. Onlara maaş verilməməklə bağlı iddiaların heç bir əsası yoxdur. Təlim məşqi bitirib 22 yaşadək idmançılar arasında Avropa çempionatına gedəcəklər.

Maaş məsələsinə gəlincə, ötən ilin son ayı, bayram ərəfəsində 2 aylıq məvacib verilib. İlin yekun ayları verilib. İndi də fevral ayı tam yekunlaşmayıb. Ola bilər ki, şikayət edən yığmanın üzvü deyil. Yığmanın üzvü olmayanlara da əmək haqqı ödənilmir”. – deyə Tahir Hümmətov bildirib.

Cavid Babayev
BAKU.WS