SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün İranın futbol üzrə klublarının super liqa yarışlarının 18-ci həftəsində Cənubi Azərbaycanın “Tiraxtur” komandası ilə Tehranın “İstiqlal” komandası qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, Təbrizin 70.000 nəfərlik “Səhənd” stadionunda keçirilən oyun “Tiraxtur” komandasının qələbəsi ilə başa çatıb - 1:0.

“Tiraxtur”un qələbə qolu qarşılaşmanın 53-cü dəqiqədə vurulub.

70 000 nəfərlik stadiona oyunu izləmək üçün 110.000 azarkeş gəlib. “Tirəxtur” komandasına dəstək üçün gələn on minlərlə azarkeş stadiona girə bilməyib.

BAKU.WS