SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün "Qarabağ" səfərdə "Sumqayıt" klubu ilə qarşılaşıb. 

BAKU.WS xəbər verir ki, qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda maraqlı hadisə baş verib. 

Belə ki, qarşılaşmaya sürətli başlayan "Qarabağ" matçın 20-ci dəqiqəsində hesabı açıb. Filip Ozobiç möhtəşəm zərbəylə topu qapıdan keçirib. Ancaq qapı torunda yaranan problemə görə top tordan kənara çıxıb. Hakim isə qolu qeydə almayıb. Üzün müddət etiraz edən futbolçulara rəqib komandanın futbolçusu Rail Məlikov da dəstək verib. 

"Sumqayıt" klubun futbolçusu topun qapıdan keçdiyini etiraf edib. Bu məqamdan sonra hakim qolun keçərli olduğunu elan edib. Rail bu addımı ilə "Qarabağ" azarkeşlərinin rəğbətini qazanıb. Klubun rəsmi səhifəsindən isə futbolçuya xüsusi təşəkkür edilib: "Bugünkü oyunda ilk qol zamanı hakimə doğru qərar verməkdə kömək edən Rail Məlikova təşəkkür edirik". 

Qarşılıqlı hücumlarla keçən ikinci hissənin sonlarında "Qarabağ" ikinci qolunu vurub. Küncdən zərbədən sonra Bədavi Hüseynov topu qapıya göndərib. Qarşılaşma bu hesabla da başa çatıb.

Şahin
BAKU.WS