VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Gələcəkdə Azərbaycan pilotlarının da "Formula 1"də iştirak etmələri mümkündür".


BAKU.WS xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, hazırda Bakıda idmançıların yetişməsi üçün katrinq fəaliyət göstərir:

"Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır. Ola bilər ki, kimsə xaricdə məşq edir. Hazırda "Formula 1" səviyyəsində pilotumuz yoxdur".

Xatırladaq ki, bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb. Yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək. 

BAKU.WS