Azərbaycan əsilli boksçu Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında Rusiyanın boks üzrə çempionu olub.

BAKU.WS xəbər verir ki, Ümumrusiya boks forumu çərçivəsində keçirilən turnir Anapada baş tutub.

25 yaşlı Səmədov təkbətək döyüşdə Visxana Murzabekovu məğlub edib. Hakimlərin qərarıyla həmyerlimiz 10 raundun sonunda çempion elan edilib.  

Bu qələbə ilə Prezident Kubokunun seçmə yarışının yarımfinalına vəsiqə qazanan Səmədov erməni əsilli Ayk Şaxnazaryanla görüşəcək. Döyüş 2019-cu ilin aprelində baş tutacaq.

Səmədovun aktivində 8 qələbə (1 - nokautla) və bir məğlubiyyət var.

Abbas
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ