SİZİN REKLAM BURADA!
055 213 76 73



Dario Frederiko "Neftçi"dən ayrılıb. Braziliyalı futbolçu karyerasını Cənubi Koreyada davam etdirəcək.

BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, 27 yaşlı vinger bu ölkənin "Daequ" klubuna keçib. Tərəflər keçiddə anlaşıblar. Cənubi koreyalılar "sambaçı" üçün "Neftçi"yə təzminat ödəyəcəklər. Bu gün tərəflər transferi rəsmən açıqlayacaqlar.

Frederiko mövsümün əvvəlində "Kəpəz"dən Bakı klubuna keçmişdi. O, "ağ-qaralar"ın heyətində 17 oyunda 3 qol vurub.

BAKU.WS