Bu gün basketbol klublarının mətbuat konfransı keçirilib.


Buna səbəb 26-cı ölkə çempionatında yaranmış vəziyyət olub. Belə ki, ölkə çempionatının son turunun “80-lər” - ADNSU oyununun start fiti verildikdən sonra komandalar topu meydanda qoyaraq arenanı tərk etmişdilər. Onlar Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibovun postundan getməyənə qədər bunu davam etdirəcəklərini bildirmişdilər.

BAKU.WS-in məlumatına görə, "NTD" klubunun rəhbəri Bəhram Abdinov, basketbol üzrə 20 yaşadək millisinin keçmiş başq məşqçisi Tahir Baxşıyev, "AzTop" klubunun nümayəndəsi, millinin üzvü Fuad Niftəliyev, "Alov" klubunun nümayəndəsi Nicat Mirzəyev və başqaları son günlər onları narahat edən məsələləri media nümayəndələrinin diqqətinə çatdırıblar.


Mətbuat konfransında çıxış edən Bəhram Abdinov yaranan situasiyadan danışıb:

"5 klub Azərbaycan çempionatını tərk edib. Biz federasiyanın rəhbərliyinin istefasını istəyirik. Nadir Nəsibov 19 ildir fedrasiyaya rəhbərlik edir. İldən ilə bastekbolumuz daha da tənəzzülə uğrayır. Milli yığma 7 ildir heç yerdə iştirak etmir. Bu il Avropa çempionatına heç bir komanda qatılmadı. Bütün təşkilati işlərlə isə oyunçular özü məşğul olur. Sponsorlar Nadir Nəsibovun üzündən federasiyaya yardım etmək istəmir. N. Nəsibov sonuncu dəfə 2005-ci ildə matçda iştirak edib. Biz bastektbolda yaranan bu situasiyanı düzəltmək istəyirik. Hazırda yeganə edə bildiyimiz basketbolçuları öz hesabımıza ölkə xaricinə göndərməkdir. Federasiya heç bir tədbir görmədi.


B. Abdinov, həmçinin, federasiya prezidenti postuna gəlmək istəmədiyini əlavə etdi:

"Hər kəsin qarşında bəyan edirəm ki, fedrasiyanın prezidenti olmaq istəmirəm. Ümid edirəm ki, Gənclər və İdman Nazirliyi bu vəzifəyə layiqli insan tapar. Biz isə basketbolun inkişafında köməklik edə bilərik.

B. Abdinov onu da əlavə etdi ki, sabah Gənclər və İdman Nazirliyində onlarla görüş keçiriləcək:

"Sabah biz Gənclər və İdman Nazirliyində görüş keçirəcəyik və öz mövqeyimizi bildirəcəyik. Biz böyük basketbol ailəsiyik, sonadək gedəcəyik və federasiyanın rəhbərliyinin istefasını tələb edəcəyik. Əgər bu baş verməsə, biz ölkə çempionatında iştirak etməyəcəyik".


"Alov" klubunun nümayəndəsi Nicat Mirzəyev öz növbəsində qeyd etdi ki, onlar dəfələrlə 3 X 3 basketbol oyunu üzrə liqası təşkil ediblər:

"Biz hər addımımızda problemlə üzləşirik. Qısa vaxt ərzində dünya reytinqində 39-cu yerə qalxdıq, indi isə yenidən 69-cu yerə düşmüşük. Bundan əlavə, küçə voleybolu üzrə biz 28 turnir keçirdik. Amma federasiya nümayəndələrini bizim nə işlə məşğul olmağımız maraqlandırmır. Hazırda yığmamız 3 X 3 heç yerdə oynamır".

Hüseyn Məmmədsalahov
BAKU.WS









TƏCİLİ KREDİT SİFARİŞLƏRİ