Bu mövsümün əvvəlində "Qəbələ" komandasından 1 illik icarə əsasında "Qarabağ"a keçən Hacıağa Hacılı ilə yeni müqavilə imzalanıb.

BAKU.WS Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumat verir ki, "Qarabağ" klubu "Qəbələ" ilə danışıqlar apararaq perspektivli gənc yarımmüdafiəçini tam hüquqları ilə transfer edib.

H.Hacılı ilə bağlanan yeni müqavilənin müddəti isə 4 ildir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ