"Zirə" klubu daha bir futbolçusu ilə vidalaşıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, Vüsal İsgəndərli ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

24 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb. İsgəndərlinin karyerasını "Keşlə"də davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, "Zirə" daha əvvəl mərkəz müdafiəçisi Adil Nağıyevlə yollarını ayırıb. Əvəzində "Sumqayıt"dan Bəxtiyar Həsənalızadə transfer olunub. Qapıçı Anar Nəzirovun isə tezliklə "Qəbələ"yə keçəcəyi gözlənilir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ