SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Emin Mahmudov əməliyyat olunub. 

BAKU.WS "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Bunun üçün də cərrahi müdaxiləyə ehtiyac duyulub.  

Almaniyanın Münhen şəhərindəki "Munich Airport Clinic GmbH”də baş tutan əməliyyat uğurlu keçib.

Qeyd edək ki, həkimlərin rəyinə görə, Emin Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq.

BAKU.WS