Avropa Liqasının “Arsenal” – “Qarabağ” matçının sonlarında meydana əlində qondarma Dağlıq Qarabağın “bayrağı” ilə daxil olan erməni ilə Ağdam klubunun kapitanı Rəşad Sadıqov arasında insidentin yeni videosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın qaydalarına əsasən, meydana azarkeş daxil olursa, efirdə həmin görüntülər yayımlanmır.

Tribunada azarkeşlərdən biri bu anı çəkib və sosial şəbəkəyə yerləşdirib. İnsident zamanı Rəşad Sadıqovun erməni azarkeşi vurub meydandan kənarlaşdırmaq istədiyi görünür.

Həmin görüntüləri təqdim edirik.

BAKU.WS