VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal" komandası ilə oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

"Report"un London bürosu xəbər verir ki, 46 yaşlı mütəxəssis erməni fanatın qondarma DQR bayrağı ilə meydana soxulmasını pisləyib.

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Qeyd edək ki, oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

BAKU.WS