VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

BAKU.WS Yenicag.az xəbər verir ki, qurumun inzibati binasında keçiriləcək iclasda bir sıra qərarlar qəbul olunacağı gözlənilir.

Bunlardan biri də yığmanın baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Əldə etdiyimiz özəl məlumata görə, sabah təcrübəli mütəxəssis milli ilə vidalaşacaq. Onunla yanaşı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun da millidən ayrılması gündəmdədir. Bu, iclasdan öncə olan son qərardır.

Son anda qərarın dəyişəcəyi ehtimalı da var. O da ola bilər ki, Qurbanov yığmada qalsın, Rəşad Sadıqov U-21-dən ayrılaraq “Qarabağ”ın “sükanı arxası”na keçsin. Hər halda məsələyə sabahkı iclasda aydınlıq gələcək.

BAKU.WS