VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünya Güləş Birliyinin yeni reytinq siyahısı açıqlanıb.

BAKU.WS xəbər verir ki, dünya və Avropa çempionatları, Qran-Pri turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan siyahıya iki güləşçimiz liderlik edir.

Bunlar qadınlardan ibarət yığmamızın üzvü Mariya Stadnik (-50 kq) və yunan-Roma güləşi üzrə millimizin təmsilçisi İslam Abbasovdur (-87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var.

Cəbrayıl Həsənov (-79 kq), Eldəniz Əzizli (-55 kq) və Rəsul Çunayev (-72 kq) II pillədə qərarlaşıb. Hər çəki üzrə ilk "onluq”da ümumilikdə 16, ilk "iyirmilik”də isə 29 güləşçimiz yer alıb.

Üçqat dünya çempionumuz Hacı Əliyev (-65 kq) VIII və Olimpiya çempionumuz Şərif Şərifov (-92 kq) IX sırada qərarlaşıb.

BAKU.WS