SİZİN REKLAM BURADA!
055 213 76 73



"Həqiqətən də yaxşı qrupa düşmüşük. Rəqiblərin gücündən danışmağa gərək yoxdur. Onsuz da hər kəs bu komandaların gücündən xəbərdardır".

BAKU.WSxəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 27 yaşlı hücumçu hər bir oyuna uduzmamaq və vuruşmaq üçün çıxacaqlarını bildirib: "Hansı yeri tutacağımızı sonda biləcəyik. İrəli getmək istəmirəm. Çünki sabah nə olacağını bilmirəm. Komandaların hər biri ilə döyüşəcəyik. Əvvəlki nəticələri unutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Azərbaycan millisi əvvəlki seçmə tsikllərdə rəqiblərinin hər biri ilə qarşılaşıb. Bakıda Slovakiyanı 2:0 hesabı ilə yenmək, Xorvatiya və Uelslə heç-heçə etmək mümkün olubsa, Macarıstanla bütün görüşlərdə məğlubiyyət qeydə alınıb. Qurbanov bu məqamların komanda üçün psixoloji rol oynamadığını vurğulayıb: "Olanlar keçmişdə və tarixdə qalır. Bu gün hər şeyə real baxmaq lazımdır. Bu komandaların hamısı xeyli artırıb və onlara qarşı mübarizə aparmaq çətin olacaq. Hər bir oyunçuları isə top-liqalarda çıxış edirlər və milyon dəyərindədirlər. Lakin biz heç kimdən qorxmuruq. Oynayacaq, vuruşacaq, döyüşəcəyik!"

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu 2019-cu il martın 21-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.

BAKU.WS